Mammuka Mdinaradze - Ukraynada Rusiyanın açıq aqresiyası və müharibə aparmasına paralel olaraq, ölkə daxilində radikal müxalifətin isteriyaya qədər getmiş təşviqatının qarşısını almalı və qoyulmuş mərmiləri neytrallaşdırmalı oluruq
Ukraynada Rusiyanın açıq aqresiyası və müharibə aparmasına paralel olaraq, ölkə daxilində radikal müxalifətin isteriyaya qədər getmiş təşviqatının qarşısını almalı və qoyulmuş mərmiləri neytrallaşdırmalı oluruq, – bu barədə Parlament çoxluğunun üzvü, Mamuka Mdinaradze sosial şəbəkədə yazır.
Onun sözlərinə görə, Gürcüstan mütləq Avropa ailəsinin tamhüquqlu üzvü olacaq.
“Bir çox bəlkə təxəvvür belə edə bilməzdi, lakin onlardan bu da təəccübləndirici deyil – Ukraynada Rusiyanın açıq aqresiyası və müharibə aparmasına paralel olaraq, ölkə daxilində radikal müxalifətin isteriyaya qədər getmiş təşviqatının qarşısını almalı və qoyulmuş mərmiləri neytrallaşdırmalı oluruq!..
İşğal olunmuş bölgələr, ölkənin ortasında rus işğal ordusu, hər dəqiqə müharibə cəhdləri, xarici təhdidlər, risklər, bunlar içəridən… Avropa İttifaqına müraciət! Nə bu ümummilli məqsəd dayandırır… Heçnə olmaz, bunların hamısını yola vermək gücümüz də var imiş və yekunda hər şey yaxşı olacaq! Ədalət qalib gələcək, hər yerdə! Gürcüstan mütləq Avropa ailəsinin tamhüquqlu üzvü olacaq”, – Mdinardze yazır.