Malta parlamentinin sədri - Malta Gürcüstanın Avropa İttifaqına üzv olmasını tam dəstəkləyir
Malta parlamentinin sədri - Malta Gürcüstanın Avropa İttifaqına üzv olmasını tam dəstəkləyir

 

Malta Respublikasının parlamentinin sədri Ancelo Paruca ölkəsinin Gürcüstanın Avropa İttifaqına üzv olmasını tam dəstəklədiyini bildirib.

Ancelo Paruca Maltanın Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün hər cür kömək edəcəyini söyləyib.

“Malta Gürcüstanın Avropa İttifaqına üzv olmasını tam dəstəkləyir. Bir az bundan əvvəl Gürcüstan parlamentinin sədri ilə danışarkən qeyd etdim ki, parlamentimiz tərəfindən nə lazımdırsa, biz Gürcüstanın Avropa İttifaqına tamhüquqlu üzvlüyünü təmin edəcək səyləri müzakirə edib gücləndirə bilərik” -deyə Paruca açıqlayıb.