Malxaz Urtkmelidze - Mixeil Saakaşvilinin müalicə prosesinə polşalı həkimlərin cəlb edilməsi məsələsi ilə bağlı Penitensiar Xidmətə hələ tam tələb təqdim edilməyib
Malxaz Urtkmelidze - Mixeil Saakaşvilinin müalicə prosesinə polşalı həkimlərin cəlb edilməsi məsələsi ilə bağlı Penitensiar Xidmətə hələ tam tələb təqdim edilməyib

 

Xüsusi Penitensiar Xidmətin tibb şöbəsinin rəhbəri Malxaz Urtkmelidze məhkum Mixeil Saakaşvilinin hələ də həkimlərin verdiyi tibbi tövsiyələrə əməl etmədiyini, dərman qəbul etməkdən, parenteral qidalanmadan və tibbi manipulyasiyalardan imtina etdiyini bildirib.

“Biz bir daha məhkum Mixeil Saakaşvilini öz maraqlarından irəli gələrək, həkimlərin tələbini nəzərə almağa və onların verdiyi resepti yerinə yetirməyə çağırırıq.

Polşalı həkimlərin müalicə prosesinə cəlb edilməsi məsələsinə gəlincə, indiyədək Xüsusi Penitensiar Xidmətə bununla bağlı tam, düzgün tələb təqdim edilməyib”- deyə Urtkmelidze açıqlayıb.