Malxaz Maçalikaşvili və Zaza Saralidze etiraz aksiyalarına davam edəcəklər
Malxaz Maçalikaşvili və Zaza Saralidze etiraz aksiyalarına davam edəcəklər

Duisi kəndində keçirilən görüşdən sonra, Malxaz Maçalikaşvili və Zaza Saralidze bəyan etdilər ki, nəticə əldə edənə qədər etiraz aksiyalarına davam edəcəklər.

Görüşdən sonra, Zviad Kuprava bəyan etdi ki, parlamentin yanında keçiriləcək aksiyanın vaxtını yaxında bildirəcək.

“İctimaiyyətə müraciət edirik ki, öz mövqeyini bildirmək üçün aksiyaya gəlsinlər, siyasətçilərə gəlincə, aksiyada onların da iştirak etməyə haqqı var, çünki onlar da ictimaiyyətin üzvləridirlər, ancaq siyasətçilər aksiyanın təşkilatçıları olmayacaqlar. Aksiyanın təşkilatçıları Malxaz və Zaza olacaqlar” – dedi Zviad Kuprava.

Onun dediyinə görə, aksiya hüquqi çərçivələrdən kənara çıxmayacaq.