Maliyyə və Büdcə Komitəsi deputatların maaşlarının artırılması təşəbbüsünü dəstəkləyib
Maliyyə və Büdcə Komitəsi Gürcüstan parlamentinin deputatlarının maaşlarının artırılması təşəbbüsünü dəstəkləyib.
Təşəbbüsün müəllifi parlamentin sədri Şalva Papuaşvilidir. Papuaşvilinin komitə iclasında dediyi kimi, parlament üzvlərinin maaşlarına düzəlişlər 2013-cü ildən sonra baş verməyib. Təşəbbüsü irəli sürülmüş dəyişikliyə əsasən, növbəti çağırış parlamentində deputatın maaşı 8-10 min lari çərçivəsində olacaq.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili noyabrın 1-də reqlamentə növbəti çağırış parlamentin deputatlarının maaşlarının artırılmasını nəzərdə tutan dəyişiklik layihəsinin təşəbbüskarı olub. Dəyişikliklər növbəti çağırış parlamentinin deputatları üçün 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Belə ki, parlament üzvünə aşağıdakı məbləğdə maaş veriləcək: parlament sədrinə – 10 000 lari; Parlament sədrinin birinci müavini – 9500 lari; Parlament sədrinin müavini – 9250 lari; Komitə sədri, fraksiya sədri – 9000 lari; Komitə sədrinin birinci müavini, fraksiya sədrinin birinci müavini – 8750 lari; komitə sədrinin müavininə, fraksiya sədrinin müavininə – 8500 lari; Parlamentin məmuru olmayan deputata – 8250 lari.