Maliyyə təşkilatları istifadəçiyə kreditin və yaxud depozitin efektiv faiz dərəcəsi haqqında məlumatı şəxsi təklif zamanı da verməli olacaqlar
Maliyyə təşkilatları istifadəçiyə kreditin və yaxud depozitin efektiv faiz dərəcəsi haqqında məlumatı şəxsi təklif zamanı da verməli olacaqlar

Maliyyə təşkilatları istifadəçiyə kredit və depozit məhsulları haqqında məlumatı artıq şəxsi təklif zamanı da verməli olacaqlar.

Qeyd olunan məsələ ilə bağlı dəyişiklik “Maliyyə təşkilatları tərəfindən xidmətin təklif edildiyi zaman, istifadəçilərin hüquqlarının qorunması qaydaları” adlı qanuna daxil edildi.

Yenilik 2018-ci ilin mayın 14-dən qüvvəyə minəcək.

Milli bankın məlumatına görə, dəyişikliklərə əsasən, kredit və depozit təklifləri zamanı istifadəçinin məlumatlandırılması tələbləri sərtləşdirildi.

Qeyd olunan tələb internet-banklara, bankomatlara və digər distansiyalı ödəniş mərkəzlərinə də aiddir.

“Məsələn, sizə kreditin təsdiqləndiyi barədə qısa mesaj gəldiyi zaman, həmin mesajda kreditin illik faiz dərəcəsi və kredit haqqında digər təfərrüatlar da göstərilməlidir” – deyilir Milli Bankın bəyanatında.

Yeniliklə bağlı daha təfərrüatlı məlumat buradadır: https://matsne.gov.ge/ka/document/view/4141653.