Maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı Nyu-York məhkəməsi Donald Trampa qarşı hökmü yanvarın 10-da elan edəcək
Maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı Nyu-York məhkəməsi Donald Trampa qarşı hökmü yanvarın 10-da elan edəcək.
Seçilmiş prezidentin işinə sədrlik edən hakim Xuan Merkant Donald Trampın işə xitam vermək təklifini rədd edib. Hakim bildirib ki, Tramp hökmdə şəxsən və ya virtual olaraq iştirak edə bilər və Trampın həbs müddətini elan etməyəcək.
Tramp may ayında münsiflər heyəti tərəfindən biznes qeydlərini saxtalaşdırmaqda təqsirli bilinib. Tramp sənədlərdə hüquqi xidmət xərcləri kimi istifadə edilən 2016-cı ilin seçkiqabağı fondundan 130 min dollar xərcləməkdə ittiham olunur. Əslində, bu pul porno ulduz Stormi Danielsə Trampla cinsi əlaqəsi barədə susması müqabilində ödənilib. Stormi Daniels ilə intim münasibətdə olduğunu, eləcə də səssizlik müqabilində kampaniya fondundan qeyri-qanuni istifadəni tamamilə rədd edir.