Maliyyə Nazirliyinin Xəzinədarlıq  Hərracında 20 000 000 lari dəyərində qiymətli kağızlar satılıb.
Maliyyə Nazirliyinin Xəzinədarlıq Hərracında 20 000 000 lari dəyərində qiymətli kağızlar satılıb.

Milli Bankın məlumatına görə, Maliyyə Nazirliyinin Xəzinədarlıq Hərracında nominal dəyəri 20 000 000 lari olan 182 günlük qiymətli kağızlar satılıb.

Mərkəzi Bankdan verilən məlumata görə, hərracda dörd kommersiya bankı iştirak edib. Tələb 41 000 000 lari təşkil edib. Minimum faiz dərəcəsi 9,900 faiz, maksimum faiz dərəcəsi 10,500 faiz, orta çəkili faiz dərəcəsi isə 10,193 faiz təşkil edib.