Maliyyə Nazirliyinin xəzinə öhdəlikləri hərracında 90 000 000 larilik qiymətli kağızlar satılıb
Gürcüstan Milli Bankının yaydığı məlumatda, 2022-ci ilin noyabrın 22-də Maliyyə Nazirliyinin xəzinə öhdəlikləri hərracında nominal dəyəri 90 000 000 lari, 5 illik müddəti olan qiymətli kağızlar satıldığı deyilir.
Mərkəzi Bankdan verilən məlumatda hərracda üç kommersiya bankının iştirak etdiyi bildirilir. Tələb 198 000 000 lari təşkil edib.
Minimum faiz dərəcəsi 8,950 faizlə, maksimum faiz dərəcəsi 9,047 faiz, orta ölçülü faiz dərəcəsi isə 8,992 faizlə müəyyən edilib.
Kupon faiz dərəcəsi 9,750 faiz təşkil edib. Kupon ildə iki dəfə, altı aydan bir ödəniləcək.