Maliyyə Nazirliyinin xəzinə istiqrazı hərracında 70 000 000 larilik qiymətli kağızlar satıldı
Maliyyə Nazirliyinin Xəzin istiqrazı Hərracında nominal dəyəri 70 000 000 lari olan 2 illik qiymətli kağızlar satılıb. Məlumatı Gürcüstan Milli Bankı yayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, hərracda üç kommersiya bankı iştirak edib. Tələb 135 950 000 lari təşkil edib. Minimum faiz dərəcəsi 9,780 faiz, maksimum faiz dərəcəsi 9,850 faiz, orta çəkili faiz dərəcəsi isə 9,788 faiz təşkil edib.
Kupon faiz dərəcəsi 9,875 faiz təşkil edib. Kupon ildə iki dəfə, altı aydan bir ödəniləcək.