Maliyyə Nazirliyinin İstintaq Xidməti - tibb müəssisəsinin iki əməkdaşı kommersiya rüşvətxorluğu faktı üzrə ifşa edilib
Maliyyə Nazirliyinin İstintaq Xidməti - tibb müəssisəsinin iki əməkdaşı kommersiya rüşvətxorluğu faktı üzrə ifşa edilib

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının Kaxeti bölgə prokurorluğu ilə əlaqələndirilmiş şəkildə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, qrup şəklində kommersiya rüşvətxorluğu faktı üzrə iki nəfər barəsində cinayət təqibi başladılıb.

“İstintaqla müəyyən edilib ki, Kaxeti bölgəsində yerləşən özəl tibb müəssisələrindən birində işləyən təqsirləndirilən şəxslər, maddi fayda əldə etmək məqsədilə, müvafiq pul vəsaiti müqabilində müvafiq tibbi müayinə və laboratoriya tədqiqatları aparılmadan, maraqlı şəxslərə psixotrop preparatların alınması üçün reseptlər veriblər “- deyə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında qeyd olunub.