Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Levan Xarabadze vəzifəsindən istefa verib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Levan Xarabadze vəzifəsindən istefa verib.
Sözügedən məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti təsdiqləyir.
Yeni rəhbərin kimliyi bazar ertəsi günü məlum olacaq.
Levan Xarabadze cari ilin mayın 1-dən Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri vəzifəsini tuturdu.