Maliyyə Nazirliyinin İstintaq Xidməti vəzifə səlahiyyətlərindən irəli gələrək başqa munisipalitetə köçməli olan əməkdaşı üçün yaşayış sahəsi kirayələyəcək
Maliyyə Nazirliyinin İstintaq Xidməti vəzifə səlahiyyətlərini yerinə yetirmək üçün başqa munisipalitetə köçməli olan əməkdaşı üçün yaşayış sahəsinin kirayələnməsini təmin edəcək.
Müvafiq dəyişikliklər parlamentin bürosunun bugünkü iclasında təqdim olunacaq, layihənin təşəbbüskarı hökumətdir.
Qanunlayihəyə əsasən, İstintaq Xidmətinin əməkdaşı üçün yaşayış sahəsinin təmin edilməsi qaydasını və şərtlərini İstintaq Xidmətinin rəisi müəyyən edəcək. Qanunlayihədə hazırda digər munisipalitetlərdə 16 əməkdaşın vəzifə səlahiyyətlərini yerinə yetirdiyi , lakin orta hesabla il ərzində onların sayının 16-24 nəfər təşkil etdiyi və yaşayış sahəsi üçün kirayənin illik xərcinin 80 mindən – 100 min lariyədək olduğu qeyd edilir.