Maliyyə Nazirliyinin istintaq xidməti saxta pulun hazırlanması faktı ilə bağlı bir nəfəri həbs etdi
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, həyata keçirdikləri operativ-axtarış əməliyyatı nəticəsində saxta pulun hazırlanması faktı ilə bağlı bir nəfəri həb etdilər.
İstintaq xidmətinin məlumatına görə, istintaq nəticəsində məlum oldu ki, ittiham edilən şəxs, 2017-ci ilin noyabrında və dekabrında 3 300 dənə saxta bir larilik monet hazırladı, hansılarını Tbilisidə təcili ödəniş aparatlarından birində istifadə etdi.
İstintaq tədbirləri nəticəsində, təqsirləndirilən şəxs tərəfindən hazırlanan saxta monetlər və onları hazırlayan qurğular aşkarlandı.
Hadisə ilə bağlı cinayət işi 212-ci maddəsinə əsasən qaldırılıb və 4-dən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.