Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mixeil Mağlakelidze vəzifəsindən istefa verib

19:53, 12.09.2026

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mixeil Mağlakelidze vəzifəsindən istefa verib.

Məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində təsdiqləyirlər.

Mağlakelidze sözügedən vəzifəni aprelin 27-dən bu günədək tuturdu.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində bildirdiklərinə görə, Mixeil Mağlakelidze öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Yeni rəhbərin təqdimatı cari ilin sentyabrın 14-də baş tutacaq.

Bu gün həmçinin məlum olub ki, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Levan Xarabadze də vəzifəsindən istefa verib.

Oxşar