Maliyyə Nazirliyində, dırnaq arası zəng mərkəzlərinin fəaliyyəti ilə bağlı işgüzar iclas keçirilib
Maliyyə Nazirliyində, dırnaq arası zəng mərkəzlərinin fəaliyyəti ilə bağlı işgüzar iclas keçirilib

 

Maliyyə naziri Laşa Xutsişvili dırnaq arası zəng mərkəzlərinin fəaliyyəti ilə bağlı məsələlərə dair işgüzar iclas keçirib.

Məlum olduğu kimi, baş nazir İrakli Ğaribaşvili sözügedən tapşırığı ötən həftə hökumətin iclasında maliyyə nazirinə verib.

Maliyyə Nazirliyində keçirilən görüşdə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin, Baş Prokurorluğun, Milli Bankın, Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Daxili İşlər Nazirliyinin Kriminal Polisinin, Kibercinayətkarlıqla Mübarizə İdarəsinin rəhbər şəxsləri iştirak ediblər.

Dırnaq arası zəng mərkəzlərinin qeyri-qanuni fəaliyyətinin ölkədə sürətlə aşkarlanması və sözü gedən sahənin sürətli tənzimlənməsi üçün mexanizmlər və qanunvericilik normalarına dair müzakirə aparılıb.

İclasda qeyd olunub ki, oxşar tipli fəaliyyət hazırda bir sıra ölkədə çağırışdır, müvafiq olaraq vətəndaşların hüquqlarının müdafiəsi və onların şəxsi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi hamının ümumi gündəmidir.

Maliyyə naziri Laşa Xutsişvilinin sözlərinə görə, hazırlanmış qanunvericilik normaları və inzibati mexanizmlər müasir Avropa standartlarına əsaslanacaq , həm cinayətin vaxtında aşkarlanmasına, həm də onun qarşısının alınmasına kömək edəcək.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.