Maliyyə Nazirliyində Avropa Komissiyasının ekspertləri ilə görüş keçirilib, burada 2024-2026-cı illər üçün “İqtisadi İslahatlar Proqramı”nda nəzərdə tutulan islahatlar müzakirə olunub
Maliyyə Nazirliyində Avropa Komissiyasının ekspertləri ilə görüş keçirilib, burada 2024-2026-cı illər üçün “İqtisadi İslahatlar Proqramı”nda nəzərdə tutulan islahatlar müzakirə olunub

Gürcüstanın Maliyyə Nazirliyində Avropa Komissiyasının ekspertləri ilə görüş keçirilib, burada 2024-2026-cı illər üçün “İqtisadi İslahatlar Proqramı”nın ilkin sənədi və proqramda nəzərdə tutulan islahatlar müzakirə edilib.

 

Maliyyə Nazirliyinin məlumatına görə, Gürcüstan Aİ üzvlüyünə namizəd statusunu aldıqdan sonra ilk dəfə olaraq Avropa Komissiyasının namizəd ölkələr üçün işləyib hazırladığı metodologiya ilə iqtisadi islahatların ortamüddətli proqramının hazırlanması prosesinə qoşulub və Avropa Komissiyasına 2024-2026-cı illər üçün olan “İqtisadi İslahatlar Proqramı”nın ilkin sənədlərini təqdim edib.

Onların məlumatına görə, sözügedən sənəd namizəd ölkələr üçün orta müddətli xərclərin planlaşdırılması vasitəsidir.

 

Sənəddə ölkənin əsas məlumatları, illik büdcə proqnozları çərçivəsində müəyyən edilmiş istiqamətlər və parametrlər əks olunub.

 

Aİ-nin Gürcüstandakı nümayəndəliyinin inkişaf və əməkdaşlıq şöbəsinin rəhbəri Nikolas Senderoviçin dediyi üzrə, onlar Aİ-yə üzv dövlətlərdən Gürcüstanın iqtisadiyyatı, maliyyə vəziyyəti və makrofiskal sabitliyi ilə bağlı tövsiyələr gözləyirlər.

 

“Sözügedən proqramın hazırlanması Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsindən irəli gəlir. Biz Aİ-yə üzv dövlətlərdən Gürcüstanın iqtisadiyyatı, maliyyə vəziyyəti və makrofiskal sabitliyi barədə tövsiyələr gözləyirik. İqtisadi islahatlar proqramı əsasında Aİ-nin bütün üzv dövlətləri üçün tövsiyələr hazırlanır. Bu, Gürcüstanın Avropa İttifaqına daxil olmasına hazırlıq prosesinin bir hissəsi olacaq. Biz ölkənin Aİ bazarının çağırışlarının öhdəsindən necə gələ biləcəyi və vahid bazara inteqrasiyası variantlarını nəzərdən keçirəcəyik. Biz şadıq ki, bu prosesə Gürcüstanın ən yaxşı tərəfdaşlarından biri olan Maliyyə Nazirliyindən başlayırıq”, – deyə Nikolas Senderoviç bildirib.