Maliyyə Nazirliyi - Gürcüstan və Almaniya arasında inkişaf sahəsində əməkdaşlığa dair növbəti hökumət danışıqları başlayıb
Maliyyə Nazirliyi - Gürcüstan və Almaniya arasında inkişaf sahəsində əməkdaşlığa dair növbəti hökumət danışıqları başlayıb

 

Bu gün Berlində Gürcüstan və Almaniya Federativ Respublikası arasında inkişaf sahəsində əməkdaşlığa dair növbəti hökumət danışıqları start alıb, danışıqlarda tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini, Almaniya hökuməti tərəfindən dəstəklənən layihələrin gedişatını və tərəfdaşlığın yeni, planlaşdırılmış istiqamətlərini nəzərdən keçirəcəklər. Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayır.

Nazirlik tərəfindən verilmiş məlumatda Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Almaniya Federativ Respublikasının iqtisadi əməkdaşlıq və inkişaf naziri Sveniya Şultsenin danışıqların açılışını etdiyi deyilir.

Maliyyə Nazirliyinin məlumatında qeyd olunduğu üzrə danışıqların nəticəsində Gürcüstan hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında inkişaf sahəsində əməkdaşlığa dair danışıqların protokolunu Gürcüstan tərəfindən maliyyə nazirinin müavini Ekaterine Quntsadze imzalayacaq.