Maliyyə Nazirliyi - Gürcüstan beynəlxalq sanksiyalar tətbiq olunduğu gündən müəyyən edilmiş qaydalara tam əməl edir və sərhəddə bütün növ gömrük əməliyyatlarına ciddi nəzarət edir
Maliyyə Nazirliyi - Gürcüstan beynəlxalq sanksiyalar tətbiq olunduğu gündən müəyyən edilmiş qaydalara tam əməl edir və sərhəddə bütün növ gömrük əməliyyatlarına ciddi nəzarət edir

 
Beynəlxalq sanksiyaların tətbiq edildiyi gündən ölkəmiz müəyyən edilmiş qaydalara tam əməl edir və sərhəddə bütün növ gömrük əməliyyatlarına ciddi nəzarət edir -bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin bəyanatında qeyd olunub.

İdarənin bəyanatında qeyd olunduğu kimi, Gürcüstan tərəfindən beynəlxalq sanksiyaların pozulması ilə bağlı bu günə qədər bir dənə də olsun fakt yoxdur.

“Gürcüstanın Maliyyə Nazirliyi son günlər Gürcüstan tərəfindən beynəlxalq sanksiyaların icrası prosesi ilə bağlı bəzi KİV-lər tərəfindən yayılan dezinformasiyaya münasibət bildirir və bir daha qəti şəkildə qeyd edir ki, beynəlxalq sanksiyaların tətbiq olunduğu gündən ölkəmiz müəyyən edilmiş qaydalara tam əməl edir və sərhəddə bütün növ gömrük əməliyyatlarına ciddi nəzarət edir.

Qeyd olunanları nəzərə alaraq, sanksiyalarda iştirak edən ölkələrin müəyyən etdiyi siyahıya daxil olan bütün məhsullar, o cümlədən sujetdə misal olaraq çəkilən və Gürcüstan ərazisindən daşınan məişət elektrik cihazları  xüsusi gömrük nəzarətindən keçirilir və ətraflı şəkildə yoxlanılır. Həmçinin, Gürcüstanın tətbiq edilən sanksiyalardan yayınma vasitəsi kimi istifadə edilməməsi üçün malların mənşə sertifikatının verilməsi halları əlavə yoxlamadan keçir.

Tam məsuliyyətlə bildiririk ki, Gürcüstan tərəfindən beynəlxalq sanksiyaların pozulması ilə bağlı bu günə qədər bir dənə də olsun fakt yoxdur, bu da Avropa İttifaqı və ABŞ-ın Gürcüstandakı səfirlərinin mediaya verdikləri bəyanatlarla təsdiqlənir.

Müvafiq olaraq, Gürcüstanın sanksiyaları pozması ilə bağlı ittihamlar irəli sürən istənilən şəxs müvafiq sübutlar təqdim etməlidir. Əks halda, bu, yalan məlumat yaymaqla ölkənin nüfuzuna xələl gətirəcək məqsədyönlü hərəkət hesab ediləcək ki, bu da bizim tərəfimizdən cavabsız qalmayacaq” – deyə Maliyyə Nazirliyinin bəyanatında qeyd olunub.