Maliyyə Nazirliyi - Gürcüstan açıq büdcə indeksində dünyanın lider ölkəsi olub
Beynəlxalq Büdcə Tərəfdaşlığı tərəfindən dərc edilən Büdcə Şəffaflığı 2021 tədqiqatının nəticələrinə əsasən, Gürcüstan dünyanın 120 ölkəsi arasında birinci yeri tutub, – bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayır.
İdarədən qeyd olunduğu üzrə, Büdcə Şəffaflığı Tədqiqatının son iki qiymətləndirməsinə görə – 2017 və 2019-cu illərdə Gürcüstan dünyanın 117 ölkəsi arasında tam şəffaf ölkələr qrupunda beşinci yeri tuturdu.
“2021-ci ilin bu göstəricisi ilə Gürcüstanda həyata keçirilən dövlət maliyyə idarəçiliyi islahatı bir daha beynəlxalq miqyasda tanınıb və son on ildə görülən tədbirlərin nəticələri təsdiqlənib.
Gürcüstan tərəfindən 2021-ci ilin nəticələri ilə əldə edilmiş uğur dövlət maliyyə idarəçiliyi islahatı çərçivəsində həyata keçirilən ortamüddətli planlaşdırmanın təkmilləşdirilməsi, proqram büdcənin tətbiqi, hesabatların əhatəliliyinin artırılması, elektron dövlət maliyyə idarəçiliyi sistemlərinin tətbiqi və təkmilləşdirilməsi, büdcə sənədlərinin dərc edilməsi və açıqlığı, vətəndaşın bələdçilərinin hazırlanması, vətəndaşların iştirak mexanizmlərinin hazırlanması və s. tədbirlərin nəticəsidir. Sözügedən tədqiqat və açıq büdcə indeksinin müəyyən edilməsi Beynəlxalq Büdcə Tərəfdaşlığının təşkilatçılığı ilə iki ildə bir dəfə həyata keçirilir” – deyə idarədə qeyd edirlər.
Maliyyə Nazirliyində, tədqiqatın dünyanın bütün ölkələrinin büdcə şəffaflığının qiymətləndirilməsi üçün eyni metodologiyanı nəzərdə tutduğunu qeyd edirlər. Hər bir ölkə, eləcə də dünya üzrə orta bal hesablanır ki, bu da ölkələrə öz irəliləyişlərini həm digər ölkələrə, həm də qlobal orta göstəriciyə münasibətdə qiymətləndirməyə, həmçinin əvvəlki tədqiqatlarla müqayisədə inkişaf dinamikasını görməyə imkan verir.
Bununla yanaşı, Maliyyə Nazirliyində də qeyd edildiyi kimi, tədqiqat hökumət tərəfindən özünüqiymətləndirmə yolu ilə aparılmır və sorğu vərəqəsi bu məqsədlə seçilmiş müstəqil QHT-lər tərəfindən doldurulur. Nəticə etibarı ilə, nəticələr ölkənin vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin verdiyi məlumatlardan asılıdır.
Tədqiqat hökumət tərəfindən dövlət maliyyə idarəetmə sistemini öyrənəcək:
• Büdcə şəffaflığı;
• Tərəflərin büdcə prosesinə cəlb edilməsi;
• Büdcənin idarə edilməsinə nəzarət.
“Tədqiqat ilk dəfə 2006-cı ildə dərc edilib və Gürcüstan 34 balla sadəcə 30-cu yerdə, minimal şəffaf ölkələr sırasında olub. Sonrakı tədqiqatın nəticələrində ballar və mövqelər tədricən yaxşılaşırdı və Gürcüstan 2008, 2010 və 2012-ci illərdə aparılan tədqiqatlarda şəffaflığı məhdud olan ölkələr sırasında yer alırdı.
2015-ci ilin tədqiqatına əsasən, ölkə 66 balla ilk dəfə xeyli şəffaf ölkələr siyahısına düşüb və dünyanın 109 ölkəsi arasında 16-cı, 2017 və 2019-cu illərdə isə tam şəffaf ölkələr qrupunda beşinci yeri tutub.
Gürcüstan öz tərəfdaşları ilə birlikdə hesabatların keyfiyyətinin təkmilləşdirilməsi və vətəndaşların iştirakı mexanizmlərinin hazırlanması istiqamətində işləri davam etdirir və bu məqsədlə bütün maraqlı tərəflərlə əməkdaşlıq edir” – deyə məlumatda qeyd olunub.