Maliyyə naziri Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə görüşdü
Maliyyə naziri Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə görüşdü

Maliyyə naziri, Laşa Xutsişvili bu gün virtual formatda Beynəlxalq Valyuta Fondunun icraçı direktoru, Pol Hilbers ilə görüşdü. Maliyyə Nazirliyinin məlumatına görə, görüdə Milli Bankın prezidenti, Koba Qvenetadze iştirak etdi.

Laşa Xutsişvili BVF-nun icraçı direktoruna Beynəlxalq Valyuta Fondu tərəfindən Gürcüstan üçün göstərilən dəstəyə görə bir daha minnətdarlığını bildirdi və ümidvar olduğunu ifadə etdi ki, yeni proqram şəklində, Fond ilə gələcəkdə də əməkdaşlıq fəal davam etdiriləcək.

Görüşdə diqqət cari dövrdə, eləcə də 2022-ci ildə ölkənin monetar və pul siyasəti məsələlərinə yetirildi.