Maliyyə naziri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) idarəedici direktoru ilə görüşüb
Maliyyə naziri Laşa Xutsişvili regional səfər çərçivəsində Gürcüstanda olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarəedici direktoru Elisabetta Falçetti ilə görüşüb.
Görüşdə bankın Qafqaz üzrə regional direktoru Tomas Kayris də iştirak edib. O, sözügedən vəzifəni cari ilin sentyabrın 1-də tutub.
Maliyyə Nazirliyində keçirilən görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze və AYİB nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Laşa Xutsişvili qonaqlara Gürcüstanda, xüsusən də özəl sektorda dəstəklənən layihələrə görə təşəkkür edib.
Tərəflər Gürcüstanın iqtisadi inkişafının mövcud tendensiyalarını, həmçinin suveren və özəl sektor layihələri istiqamətində ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.