Maliyyə naziri 2023-cü ildən ictimai məktəblərdə müəllimlərin və mandatur xidmətinin əməkdaşlarının maaşının 125-125 lari artacağını açıqlayıb
Maliyyə naziri 2023-cü ildən ictimai məktəblərdə müəllimlərin və mandatur xidmətinin əməkdaşlarının maaşının 125-125 lari artacağını açıqlayıb

 

2023-cü ilin büdcəsində Təhsil və Elm Nazirliyinin maliyyələşdirilməsi 290 milyon laridən çox artırılıb-deyə maliyyə naziri Laşa Xutsişvili gələn ilin büdcə layihəsi barədə danışarkən bildirib.

O, həmçinin ictimai məktəblərin inzibati işçilərinin maaşlarının 10% artırılacağını açıqlayıb. Həmçinin, peşə məktəblərinin müəllimlərinin saatlıq maaşı 15 laridən 18 lariyə qədər artırılır.

Belə ki, Laşa Xutsişvili 2023-cü ildən ictimai məktəblərdə müəllimlərin və mandatur xidmətinin əməkdaşlarının maaşının 125-125 lari artacağını açıqlayıb.

Bununla yanaşı, maliyyə naziri bildirib ki, uşaq bağçalarının əməkdaşlarının maaşını 100 lari artırmaq mümkün olacaq.

“500-dən çox dövlət məktəbinin bərpasına və tikintisinə başlayırıq, bunun üçün 2023-cü ildə 300,0 milyon lariyə qədər nəzərdə tutulub. Bundan əlavə, munisipalitetlərin artan gəlirləri çərçivəsində, uşaq bağçası işçilərinin maaşlarını 100 lari artırmaq mümkün olacaq”- deyə maliyyə naziri Laşa Xutsişvili bildirib.