Gürcüstan parlamentinin Maliyyə-Büdcə Komitəsinin bu günki iclasında Gürcüstan Milli Bankı tərəfindən təqdim olunmuş 2017-ci ilin hesabatını dinləyəcəklər.
Komitənin sədri, İrakli Kovzanadzenin bəyanatına görə, onun Milli Bankın prezidenti, Koba Qvenetadzeyə qarşı sualları bank nəzarəti ilə bağlı olacaq. İrakli Kovzanadzenin dediyinə görə, həmçinin bir günlük kredit hərracı barəsində də maraqlanacaq.
Parlament azlığı Milli Bankın işini mənfi dəyərləndirir. Müxalifətin nümayəndələrinin dediyinə görə, Koba Qvenetadzeyə qarşı verdikləri suallardan biri, borcların verilməsinin çətinləşdirilməsi barəsində olacaq.