Malidə sülh missiyasında olan gürcü əsgəri silahlı hücum zamanı yaralanmayıb
Gürcüstanın Silahlı Qüvvələrinin Malidə sülh missiyasında olan ofiseri, Malidə baş verən silahlı hücum zamanı zərər görməyib.
Bu barədə məlumatı Gürcüstanın Müdafiyə Nazirliyi, Birinci Kanalın suallarına cavab verərkən təsdiqlədi.
İdarədə bəyan edirlər ki, Malidə baş verən hücum haqqında məlumat yayıldıqdan sonra, nazirliyinin nümayəndələri Malidəki əsgərlə telefonla əlaqə saxladılar.
Gürcü ofiseri Avropa İttifaqının sülh missiyasındadır, hücum isə, BMT-nin sülh missiyasına edildi və onların ofisi terakt yerindən xeyli məsafədədir.
2017-ci ilin noyabrın 25-də həyata keçirilən 5-ci rotasiya nəticəsində məlum oldu ki, gürcü ofiseri Malidə EUTM Mali missiyasında cari ilin may ayına qədər qalacaq.