Maldivin bir neçə adası yox ola bilər
Maldivin bir neçə adası yox ola bilər

Maldiv Respublikasının Xarici İşlər Nazirinin bəyanatına görə, tropik arxipelaqın bir neçə adası yox olmaq təhlükəsi altındadır.

Onun dediyinə görə, əgər iqlim dəyişiklikləri ilə mübarizə üçün adalara vaxtında maddi yardım edilməsə, onlar yaxında sular altında qalacaqlar.

Maldiv Respublikasının Xarici İşlər Naziri Abdulla Şahid “Royter” ilə  müsahibə zamanı bəyan edir ki, “kiçik dövlətlər üçün maddi yardım almaq o qədər da asan deyil”.

“Əgər proses uzansa, biz yaxında sular altında qalacağıq” – dedi nazir.

Sahil xəttini qorumaq üçün Maldiv Respublikası ildə 10 milyon dollar xərcləyir, ancaq iqtidarın ehtimalına görə, adaların bütün əhalisinin təhlükəsizliyini qorumaq üçün 8,8 milyard dollar lazımdır.

“Adaların artan sudan qorunması üçün divar qaldırılmalıdır. Bu çox bahadır, ancaq okeanın bütün adaları udmasına da imkan verə bilmərik” – dedi Şahid.

BMT xüsusi fond yaradıb, hansında adaların qorunması üçün 24 milyon dollar yığılıb. Maldiv Respublikasına qoruyucu divarların qaldırılması üçün maddi yardımı Yaponiya da təklif etdi.

Maldiv arxipelaqının 80 faizdən artığı okean səviyyəsindən sadəcə bir metr yüksəklikdə yerləşir, buna görə də sunun səviyyəsinin artması və qasırğalar Maldiv əhalisi üçün böyük problem yaradır.