Maldivin keçmiş prezidenti Abdulla Yamin Qəyyum polis tərəfindən saxlanılıb. Keçmiş prezidenti ölkədə fövqəladə vəziyyətin elan olunmasında bir saata yaxaladılar.
Mömün Abdul Qəyyum öz evində yeznəsi ilə birgə həbs olunub. Saxlanılma səbəbi isə açıqlanmır.
Qeyd edək ki, Maldivin hazırkı rəhbəri Abdulla Yamin Qəyyum, Mömün Abdul Qəyyumun ögey qardaşıdır.
Bundan əvvəl Maldiv Respublikasının prezidenti Abdulla Yamin ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq etdiyi barədə məlumat yayılıb.
Qərar ölkədə yaşanan siyasi böhranla bağlıdır. Fövqəladə vəziyyət 15 gün davam edəcək.
Bundan əvvəl məlum olub ki, Maldiv Respublikasının Ali Məhkəməsi dövlət başçısını vəzifəsindən kənarlaşdırmaq niyyətindədir. Buna səbəb Abdulla Yaminin sabiq prezident Məhəmməd Naşidə qarşı irəli sürülmüş ittihamları ləğv etməsi olub.