Malala Yusifzai ona edilən silahlı hücumdan sonra Pakistana ilk dəfə getdi
Malala Yusifzai ona edilən silahlı hücumdan sonra Pakistana ilk dəfə getdi

Sülh sahəsində Nobel mükafatının laureatı olan Malala Yusifzai Talibanlar tərəfindən yaralandıqdan sonra, Pakistana ilk dəfə getdi.

İndi 20 yaşında olan Malalaya, 2012-ci ildə qadınlarn təhsili ilə bağlı kampaniyada iştirak etdiyi zaman atəş açdılar.

Yayılan məlumata görə, Malala Yusifzai Pakistanın baş naziri Şahin Hakan Abbas ilə görüşəcək.

“Asoşieited pres”-in yaydığı məlumata görə, Malalanın fondunun nümayəndələri bəyan etdilər ki, onun təhlükəsizliyinin qorunması üçün səfərin detalları haqqında məlumat verilmir.

Pakistan televiziyasında yayılan kadrlarda görünür ki, Malala valideynləri ilə bərabər İslamabad hava limanına gəldi.

Malala Yusifzayın fondunun yaydığı məlumata görə, onun Pakistana səfəri dörd gün sürəcək.