Makedoniyanın paytaxtı Skopyedə ölkənin adının dəyişdirilməsini etiraz etmək üçün minlərlə vətəndaş yığıldı.
Bu barədə məlumatı “Azadlıq radyosunun” Makedoniya xidməti yayır.
Aksiya iştirakçıları iqtidardan Yunanistanla danışıqların dayandırılmasını və Bolqariya ilə qonşuluq münasibətləri haqqında müqavilənin ləğv edilməsini tələb edirlər.
Etiraz aksiyası Skopyedə Avropa İttifaqının Nümayəndəliyinin yanından başladı. Daha sonra isə, aksiya iştirakçıları parlament binasının qabağına keçdilər.
Etiraz edən vətəndaşlar ölkə prezidenti Zoran Zaevin iqtidarını və əsas müxalifət partiyası VMRO-DPMNE-yi Makedoniyanın milli maraqlarına xəyanət etməklə ittiham edirlər.
Fevralın əvvəlində Makedoniyanın baş naziri bəyan etmişdi ki, Makedoniya Yunanistanla olan davasının tənzimlənməsi üçün ölkənin adını və coğrafi vəziyyətində dəyişikliklər etməyə hazırdır.
Yayılan məlumata görə, ölkənin yeni adı olaraq, bir neçə variant müzakirə olunur: Şimali Makedoniya, Yeni Makedoniya və Yuxarı Makedoniya.
Makedoniyanın adı Skopye və Afina arasında artıq 27 ildir ki, hüquqi dava məsələsidir. Məhz bu mübahisəyə görə, Yunanistan Makedoniyanın NATO-ya qoşulmasını və Avropa İttifaqına inteqrasiyasını blokladı.
Qeyd edək ki, Yunanistanın şimal hissəsində analoji ad daşıyan bir əyalət var.
Yunanistanda hesab edirlər ki, Makedoniya Respublikası öz adı ilə əsl qədim Makedoniyanın tarixi ərazisinə göz tikir.
Makedoniya 1991-ci ildə müstəqilliyini elan etdi. Beynəlxalq İctimaiyyət üçün onun rəsmi adı – sabiq Yuqoslaviyanın Makedoniya Respublikasıdır.