Maka Boçorişvili Yunanıstan Respublikasının səfiri ilə vida görüşü keçirib
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Yunanıstan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Maria Teodoru ilə vida görüşü keçirib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyindəki məsələləri müzakirə ediblər.
“Avropa İttifaqı ilə münasibətlərə də diqqət yetirilib.
Nazir səfirə Gürcüstandakı fəaliyyətinə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb”, – deyə Xarici İşlər Nazirliyinin məlumatında deyilib.