Maka Boçorişvili Vyetnamın Gürcüstana yeni təyin olunmuş səfiri ilə tanışlıq görüşü keçirib

21:24, 05.10.2026

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Vyetnamın Gürcüstana yeni təyin olunmuş səfiri (iqamətgahı Astana şəhərində olmaqla) Nquyen Thand Le ilə tanışlıq görüşü keçirib. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına görə, görüşdə tərəflər Gürcüstan və Vyetnam arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin mübadiləsinin zəruriliyi vurğulanıb və bu kontekstdə Vyetnamın vitse-prezidentinin Gürcüstana planlaşdırılan səfəri qeyd edilib.

“Gürcüstanın tranzit potensialına və iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanlarına xüsusi diqqət yetirilib. Söhbət həmçinin yaxın gələcəkdə Gürcüstanın Vyetnamda səfirliyinin açılması məsələsinə də toxunub ki, bu da iki ölkə arasında əməkdaşlığa mühüm təkan verəcəkdir.

Gürcüstanın Xarici İşlər naziri Vyetnam səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar