Maka Boçorişvili - rekomendasiyaların yerinə yetirilməsinin ən yaxşı yolu qanunların qəbulu və qanunun təkmişlədirilmə yolu ilə getməkdir
Maka Boçorişvili - rekomendasiyaların yerinə yetirilməsinin ən yaxşı yolu qanunların qəbulu və qanunun təkmişlədirilmə yolu ilə getməkdir

Gürcüstan Avropa İttifaqının rekomendasiyalar baxımından qoyduğu məsələlərə müəyyən formada cavab verməyə borcludur, – bu barədə Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri, Maka Boçorişvili Gürcüstanın Birinci Kanalına bəyan etdi.

Onun dediyinə görə, bu və ya digər problemi həll etmək üçün ən yaxşı yol qanunun qəbuludur”.

“Məhz elə bu yol ilə getdik və gedirik. Müvafiq olaraq, yeganə yol görürük ki, Avropa İttifaqının rekomendasiyalarına cavab verək – qanunu qəbul edək. Avropa İttifaqı rekomendasiya verdi və onu nəzərə almağa hazırıq. Bu qanunun qəbul olunub olunmamsının lazım gəlməsi, güman ki, ilk növbədə Avropa Komissiyası və onların dəyərləndirmələrindən asılıdır. Rekomendasiyaların yerinə yetirilməsinin ən yaxşı yolu qanunların qəbulu və qanunun təkmişlədirilmə yolu ilə getməkdir”, – Boçorişvili bəyan etdi.