Maka Boçorişvili - müxalifətin bəzi nümayəndələrinin prosesdə iştirak etmədiklərini görürük, Gürcüstanın namizəd ölkə statusu almaması üçün çalışırlar
Ümumiyyətlə, “Milli Hərəkat” hər yerə gecikir, Gürcüstan parlamentində 12 bəndlə bağlı işlər faktiki olaraq yekunlaşmaq mərhələsindədir. İşçi qrupları formatında “Milli Hərəkat”ın prinsipial olaraq iştirak etmədiyi bir sıra görüşlər keçirilib- bu barədə “Gürcü Arzusu”nun üzvü Maka Boçorişvili açıqlayıb.
O, “Milli Hərəkat”ın üzvlərinin tövsiyələrin icrası ilə bağlı məsələlərə qoşula biləcəklərini söyləyib.
“Deoliqarxizasiya haqqında qanun üzərində işlərlə bağlı qalan məsələlərə gəlincə, bununla bağlı işlər davam etdiriləcək və iştirak etsələr, heç kim buna qadağa qoymayacaq, əksinə, “Gürcü Arzusu”nun iyulun 1-də təqdim etdiyi iş planı məhz bunu nəzərdə tuturdu. Siyasətçilər bu prosesdə nə qədər iştirak edəcəklərinə qərar verirlər” – deyə Boçorişvili açıqlayıb.
Maka Boçorişvili deoliqarxizasiya ilə bağlı heç bir beynəlxalq təcrübə olmadığını və sözügedən qanun layihəsi üzərində işin yalnız Ukrayna qanunvericiliyi əsasında baş verdiyini qeyd edib.
“İndi Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq qanun layihəsi üzərində işi davam etdirmək vacibdir. Müxalifətə gəlincə, iş prosesində iştirak edib-etməmək onların öz işidir. Prosesdə prinsipial olaraq iştirak etməyən və Gürcüstanın Avropa gələcəyi ilə bağlı işlərə daha da xələl gətirən bəzi müxalifət nümayəndələrinin çox inadkarlıq etdiyini görürük, onlar Gürcüstanın namizəd ölkə statusu almaması üçün maksimal olaraq çalışırlar”- deyə Boçorişvili açıqlayıb.
Bununla yanaşı, Maka Boçorişvili Mamuka Xazaradzenin bəyanatına münasibət bildirib, o qeyd edib ki, “belələri Gürcüstan parlamentindədirlər, nəinki parlamentdə”.
“Müxalifət nümayəndələri üçün namizəd statusunun verilməsi məsələsi siyasi alətə, siyasi mübarizə vasitəsinə çevrilib və onlar bunda hakimiyyəti ələ keçirmək üçün yaxşı şans və fürsət görürlər. Əgər Gürcüstan “Gürcü Arzusu” şəraitində namizəd ölkə statusu almasa, bu, onlara “Gürcü Arzusu” hakimiyyətini istənilən yolla dəyişmək imkanı verəcək. Hərçənd, hər hansı bir siyasətçi üçün namizəd ölkə statusunu istəmədiyini söyləmək, yəqin ki, çox çətindir. Onların fəaliyyəti Gürcüstanın namizəd ölkə statusu almaması məqsədinə hədəflənib” – deyə Boçorişvili açıqlayıb.