Maka Boçorişvili - məqsədimizdir ki, bütün Avropa İttifaqına üzv ölkələrin paytaxtları ilə əlaqələrimiz olsun və onlar bizim mövqelərimizi yaxşı başa düşsünlər
Maka Boçorişvili - məqsədimizdir ki, bütün Avropa İttifaqına üzv ölkələrin paytaxtları ilə əlaqələrimiz olsun və onlar bizim mövqelərimizi yaxşı başa düşsünlər

Məqsədimizdir ki, bütün Avropa İttifaqına üzv ölkələrin paytaxtları ilə əlaqələrimiz olsun və onlar bizim mövqelərimizi yaxşı başa düşsünlər, – bu barədə Yunanıstanda gürcü jurnalistlərinə Gürcüstan Parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili bəyan etdi.

Maka Boçorişvilinin qeyd etdiyi kimi, Avropa İttifaqı hər hansı məsələ ilə bağlı qərar qəbul edərkən Avropa İttifaqına üzv dövlətlərin mövqeləri həlledici əhəmiyyət daşıyır.

“Gürcüstan Avropa İttifaqı ilə münasibətlərdə daha da irəliləyiş gözlədiyi bir vaxtda biz, Avropa İttifaqının verdiyi tövsiyələri yerinə yetirməyimizlə yanaşı, Avropa İttifaqına üzv ölkələrin mövqeləri önəmlidir. Məqsədimizdir ki, bütün Avropa İttifaqına üzv ölkələrin paytaxtları ilə əlaqələrimiz olsun və onlar bizim mövqelərimizi yaxşı başa düşsünlər. Eləcə də, Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək üçün nə edirik və gözləntilərimiz nədir. Bölgəmizdə mövcud olan geosiyasi reallığa əsaslanaraq, partmyorlarımızla intensiv əlaqələr qurmaq və Gürcüstanın üzləşdiyi bütün problemləri və bu çağırış fonunda Avropa İttifaqı ilə gözləntilərimizi müzakirə etmək vacibdir”, – Maka Boçorişvili bəyan etdi.

Gürcüstan Parlamentinin nümayəndə heyəti Yunanıstanda səfərdədir, nümayəndə heyətinin üzvləri Maka Boçorişvili, İrakli Çikovani və Herman Sabodur.