Gürcüstan parlamentinin Avropayla inteqrasiya komitəsinin sədri Maka Boçorişvili Litvanın Gürcüstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Darius Vitkauskas ilə tanışlıq xrakterli görüş keçirib.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Gürcüstan və Litva arasında qarşılıqlı əməkdaşlığın dinamikasını müzakirə ediblər. Söhbətdə ölkədə gedən cari proseslərə və Gürcüstanın xarici siyasi prioritetlərinə toxunulub.
Onların məlumatına görə, görüşdə bölgədəki mövcud geosiyasi vəziyyət və təhlükəsizlik çağırışları nəzərdən keçirilib. Tərəflər Avropa İttifaqında inteqrasiya prosesinin lənqimədən aparılmasının vacibliyini qeyd ediblər və Gürcüstanın Avropa İttifaqına inteqrasiya yolunda keçirdiyi islahatlar, əldə olunan irəliləyiş və mövcud çağırışlardan danışıblar.