Maka Boçorişvili Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının baş katibi Casem Məhəmməd əl-Budeyvi ilə görüşüb
Nyu-Yorka səfəri çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının (GCC) baş katibi Casem Məhəmməd əl-Budeyvi ilə görüş keçirib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Gürcüstan və Körfəz Ölkələrinin Əməkdaşlıq Şurası arasında münasibətlərin daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
“Diqqət Gürcüstanın Körfəz Ölkələri ilə artan münasibətlərinə və müxtəlif istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarına yönəlib.
Gürcüstanın xarici işlər naziri GCC-nin baş katibini Gürcüstana səfərə dəvət edib”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.