Maka Boçorişvili: Gürcüstanın yanında olan və məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və maneəsiz qayıdış hüququnu dəstəkləyən bütün dövlətlərə təşəkkür edirik
Maka Boçorişvili BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Maka Boçorişvili sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib:
“BMT Baş Assambleyası Abxaziya və Tsxinvali regionundan məcburi köçkün düşmüş şəxslərin və qaçqınların statusu ilə bağlı qətnaməni rekord sayda – 107 səslə qəbul edib. Gürcüstanın yanında olan və məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və maneəsiz qayıdış hüququnu dəstəkləyən bütün dövlətlərə təşəkkür edirik.”
Qeyd edək ki, BMT Baş Assambleyası “Gürcüstanın Abxaziya və Tsxinvali regionundan/Cənubi Osetiyadan məcburi köçkün düşmüş şəxslərin və qaçqınların statusu haqqında” qətnaməni qəbul edib. Sənəd 2026-cı il sessiyasında 107 ölkənin dəstəyini qazanıb.