Parisə işgüzar səfəri çərçivəsində Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili Fransa Respublikası Milli Assambleyasının Avropa məsələləri üzrə komitəsinin sədri, Avropa İttifaqının baş katibi Pyer Aleksandr Anqlad ilə görüşlər keçirib.
Görüş zamanı Gürcüstan-Avropa İttifaqı münasibətləri, ölkənin Avropa perspektivi və gözləntiləri barədə danışılıb. Həmçinin Avropa Komissiyasının 12 tövsiyəsinin icrası və əldə olunan irəliləyişlər müzakirə edilib.
Tərəflər Aİ-nin genişlənmə siyasətini və geosiyasi kontekst nəzərə alınmaqla siyasi qərarların qəbul edilməsinin vacibliyini ətraflı müzakirə ediblər.
Qeyd olunub ki, Fransa Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir və bu istiqamətdə ölkəyə səmərəli köməklik göstərməyə hazırdır.
İşgüzar səfər çərçivəsində Maka Bochorişvili Robert Şuman Fondunun prezidenti Jan-Dominik Culiani və Siyasi Araşdırmalar Mərkəzinin baş elmi işçisi Florent Parmentye ilə də görüşlər keçirib.
Məlumatı Parlamentin mətbuat xidməti yayır.