Maka Bochorişvili - Dövlət Departamentinin qiymətləndirmələri vacibdir, çünki Gürcüstanın sanksiyalarla bağlı siyasəti kəskin və konkretdir
Bizim səylərimizdən və Dövlət Departamentinin addımlarından sonra verilən qiymətləndirmələr vacibdir- çoxluğun deputatı Maka Bochorişvili Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesabatını dəyərləndirərkən deyib.
“Təbii ki, tərəfdaşlarımızla əməkdaşlığı davam etdirmək də vacibdir. Ona görə ki, bu canlı prosesdir və sanksiyalardan yayınma Gürcüstan vasitəsilə baş verməməlidir. Biz bu istiqamətdə tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Ancaq bir daha bu qiymətləndirmələr bütün il ərzində rəqiblərdən eşitdiyimiz fərziyyələri dayandırdı. Təəssüf ki, hətta bu qiymətləndirmələr fonunda onlar ölkəni gözdən salmaqda və baş verməyənlərə görə ölkəni günahlandırmaqda davam edirlər, bunu gürcü siyasətçilər və ümumilikdə Gürcüstan etməməlidir”, – Bochorişvili bildirib.