Maka Boçorişvili Delfos İqtisadi Forumunun təsisçisi və prezidenti ilə görüşüb

20:34, 07.09.2026

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Delfos İqtisadi Forumunun təsisçisi və prezidenti Simeon Tsomokos ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər forumun əhəmiyyətini, onun siyasi, iqtisadi və geosiyasi məsələlər üzrə beynəlxalq dialoqun və yüksək səviyyəli müzakirələrin təşviqindəki rolunu müzakirə ediblər. Gürcüstanın forum çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakı qeyd olunub.

Görüş zamanı Gürcüstanın iqtisadi inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib. Ölkənin iqtisadi, tranzit və logistika potensialı, həmçinin regional əlaqəliliyin gücləndirilməsində Gürcüstanın rolu vurğulanıb.

Oxşar