Gürcüstan Parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili Avstriya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Tomas Mülman ilə görüşdü.
Gürcüstan Parlamentindən verilən məlumata görə, tərəflər Gürcüstanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımları və gözləntiləri, eləcə də bölgədə təhlükəsizlik problemlərini müzakirə etdilər.
Maka Boçorişvili Gürcüstanın Avropa İttifaqına inteqrasiyası istiqamətində irəliləyişinin və Gürcüstana namizəd statusunun verilməsində Avrop İttifaqı üzv dövlətlərinin dəstəyinin əhəmiyyətini vurğuladı.