Maka Boçorişvili Avstria Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri ilə görüşdü
Avropayla İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili Avstria Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və komitə üzvləri ilə görüşdü.
Tərəflər iki ölkə arasında mövcud uzunmüddətli münasibətlərin dinamikasını və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini müzakirə etdilər.
Söhbət zamanı Gürcüstanın xarici siyasi prioritetlərinə, Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiyasının mühüm məsələlərinə, regiondakı geosiyasi vəziyyətə, Gürcüstan və regionda təhlükəsizlik çağırışlarına toxunuldu.
Maka Boçorişvili diqqəti Gürcüstanın Avropa İttifaqına üzv olmağının gündəliyə və Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi prosesinə yönəltdi.
Avstria tərəfi Avropa İttifaqının genişlənmə siyasətini dəstəklədiyini bildirdi və genişlənmə üçün tələb olunan islahatlara, onu müşayiət edən çağırışlara və daxili siyasi perspektivlərə diqqət yetirdi.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.