Maka Boçorişvili Avropa İttifaqı ölkələrinin Avropa işləri üzrə komitə sədrlərinin görüşündə iştirak edib
Maka Boçorişvili Avropa İttifaqı ölkələrinin Avropa işləri üzrə komitə sədrlərinin görüşündə iştirak edib

Gürcüstan Parlamentinin Avropayla inteqrasiya komitəsinin sədri Maka Boçorişvili Macarıstanın Avropa İttifaqına sədrliyi çərçivəsində Budapeştdə keçirilən Avropa İttifaqının Milli Parlamentlərinin Avropa məsələləri üzrə komitələrinin konfransında (COSAC) iştirak edib.

Maka Boçorişvili çıxışında Avropa İttifaqının genişlənmə siyasətinin əhəmiyyətinə, bölgədəki mövcud çağırışlara və Gürcüstanın Avropa İttifaqına üzv olmaq istiqamətindəki istəyinə diqqət çəkib.

“Rusiyanın işğalı və onun Gürcüstanın iki rayonunda qeyri-qanuni hərbi mövcudluğu şəraitində artan təhlükələrlə təhlükəsizlik çətiri olmadan mübarizə aparmaq ölkədə siyasi sabitliyin və iqtisadi tərəqqinin qorunması üçün xüsusi səylər tələb edir ki, Avropa İttifaqına üzvlük uzaq arzu olaraq qalmasın Gürcüstan vətəndaşları üçün və yaxın gələcəkdə reallığa çevrilsin”, – Avropayla İnteqrasiya Komitəsinin sədri bildirib.

Maka Boçorişvili namizəd ölkələrlə Avropa İttifaqına üzvlük danışıqlarının vacibliyinə diqqət çəkib və Gürcüstana yönəlik prosesin ləngimədən aparılmasının vacibliyini vurğulayıb.

“Gürcüstan ötən ilin dekabrından Avropa İttifaqına namizəd ölkədir və biz bu qərara görə Avropa Şurasına minnətdarıq. Hərçənd, digər namizəd ölkələrdən fərqli olaraq, biz hələ də Aropa İttifaqının danışıqlara başlaması ilə bağlı qərarını gözləyirik. Biz dərhal ilk addımları atmalı, ümumi maraqlarımıza nail olmaq və Avropa İttifaqının genişlənməsinin uğuru üçün mühüm məsələlər üzrə dialoqa başlamalıyıq ki, bu da Avropanın təhlükəsizliyi və rifahı üçün vacibdir”, – Maka Boçorişvili qüyd edib.

Avropa İttifaqının genişlənməsi məsələsi üzrə keçirilən debatda qonşuluq siyasəti və genişlənmə üzrə Avropa komissarı Oliver Varhei və Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Starai iştirak ediblər.

Avropa İttifaqının sədr ölkəsi olan və Budapeşt şəhərində Macarıstanın ev sahibliyi etdiyi COSAC sədrlərinin görüşündə 27 Avropa İttifaqı üzv dövləti və namizəd ölkələrin parlamentlərinin Avropa işləri komitələrinin sədrləri, həmçinin Avropa İttifaqı təsisatlarının nümayəndələri iştirak edirlər. görüşə Macarıstan Milli Assambleyasının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri Zoltan Teşay rəhbərlik edirdi. Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanos Boka Macarıstanın Avropa İttifaqı sədrliyinin prioritetlərini görüşdə iştirak edənlərə təqdim edib.

Konfrans çərçivəsində Maka Boçorişvili Avropa İttifaqına üzv və namizəd ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.