Maka Boçorişvili Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və İqlim Nazirliyinin dövlət katibi ilə görüşdü

16:45, 08.05.2024

Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və İqlim Nazirliyinin dövlət katibi Sven Qiqolds ilə görüşdü.

Tərəflər Gürcüstan və Almaniya arasında münasibətlər, Gürcüstanın Avropa İttifaqına inteqrasiya yolunda Almaniyanın dəstəkləməsi haqqında, ölkənin xarici siyasət prioritetləri və gözləntiləri, Gürcüstan-Avropa İttifaqı arasında münasibətlər, siyasi dialoqun və iqtisadi əlaqələrin gücləndirilməsinin fəal əhəmiyyətindən danışdılar.

Digər məsələlərlə yanaşı,söhbətdə Gürcüstanda baş verən siyasi hadisələrə, Gürcüstan-Avropa İttifaqı arasında münasibətlərin mühüm məsələlərinə də toxunuldu.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.

Oxşar