Maka Bochorişvilinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Bolqarıstanda görüşlər keçirib
Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili sədrin birinci müavini Levan Karumidze və komitə üzvü Salome Kurasbediani ilə birlikdə Bolqarıstan parlamentinin Müdafiə Komitəsinin sədri Xristo Qacev ilə görüşüb.
Tərəflər Avropada yaranmış təhlükəsizlik çağırışlarını müzakirə ediblər. Diqqət Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı və Gürcüstanın Aİ-yə üzvlük perspektivlərinə yönəldilib. Qara dənizin təhlükəsizliyinin əhəmiyyəti və bu baxımdan, Gürcüstan və Bolqarıstan arasında əməkdaşlığın aktivləşdirilməsi vurğulanıb.
Sofiyaya səfəri çərçivəsində Bolqarıstanın icraçı strukturlarının nümayəndələri, xarici işlər nazirinin müavini Yelena Şekerletova, Bolqarıstan Baş nazirinin Aİ və beynəlxalq təşkilatlar məsələləri üzrə müşaviri Yekaterina Dimitruşeva ilə də görüşlər keçirilib.
Bolqarıstan tərəfi bir daha Bolqarıstanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.