Maka Bochorişvili - Ümid edirəm ki, dekabrda Avropa Şurası Gürcüstana namizəd statusu verəcək və Gürcüstan digər namizəd ölkələrlə birlikdə Avropa İttifaqına üzv olmaq yoluna çıxacaq
Ümid edirəm ki, dekabrda Avropa Şurası Avropa Komissiyasının hesabat və tövsiyələrini nəzərə alacaq, Gürcüstana namizəd statusu verəcək və Gürcüstan digər namizəd ölkələrlə birlikdə Avropanın daha yaxşı gələcəyi naminə həyati əhəmiyyət kəsb edən Avropa İttifaqına daxil olmaq yoluna çıxacaq – Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili bunu ATƏT-in İrəvanda Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.
Maka Bochorişvilinin qeyd etdiyinə əsasən, Gürcüstanın onilliklər ərzində üzləşdiyi təhlükəsizlik problemlərinə baxmayaraq, biz ölkəmizi transformasiya edə bildik, uğurlu islahatlar apardıq və ölkəni demokratik dünyanın dəyərli hissəsinə çevirə bildik.
“Qeyd etmək istərdim ki, Gürcüstanın onilliklər ərzində üzləşdiyi təhlükəsizlik problemlərinə baxmayaraq, biz ölkəmizi dəyişdirə, uğurlu islahatlar apara bilmişik və ölkəmizi demokratik dünyanın dəyərli hissəsinə çevirə bilmişik. Gürcüstan Ukrayna və Moldova ilə birlikdə keçən il Avropa İttifaqına üzvlük üçün müraciət etmişdi. Biz verilən Avropa perspektivinə görə minnətdarıq, lakin Gürcüstan, Ukrayna və Moldova arasında lüzumsuz fərqləndirmədən məyus olduğumuzu gizlətmirik. Ümid edirəm ki, dekabrda Avropa Şurası Avropa Komissiyasının hesabat və tövsiyələrini nəzərə alacaq, Gürcüstana namizəd statusu verəcək və Gürcüstan digər namizəd ölkələrlə birlikdə Avropanın daha yaxşı gələcəyi naminə həyati əhəmiyyət kəsb edən Avropa İttifaqına daxil olmaq yoluna çıxacaq”, – deyə Maka Bochorişvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev