Maka Bochorişvili - Saakaşvili yeganə arzu ilə yaşayır, hansısa yolla hakimiyyətə qayıtsın, o, Gürcüstana aid istənilən mühüm məsələdən öz maraqları üçün istifadə edir
Parlament çoxluğunun üzvü Maka Bochorişvili bildirib ki, Mixeil Saakaşvili Gürcüstana aid istənilən mühüm məsələdən hakimiyyətə qayıdış maraqları üçün istifadə edir .
“Mixeil Saakaşvili yeganə arzuyla, Gürcüstanda hansısa yolla hakimiyyətə qayıtmaq arzusu ilə yaşayır və bunun üçün hər şeydən istifadə edir. Bunun üçün o, “Milli Hərəkat” adlı siyasi qüvvədən və “Milli Hərəkat”ın bölmələri və ya tabeliyində olan digər müxalifət partiyalarından da istifadə edir.
Gürcüstana aid istənilən mühüm məsələdən Gürcüstanın maraqları üçün deyil, öz maraqları üçün istifadə edir. Biz bunun uzun müddətdir şahidiyik və heç nə dəyişməyib, Mixeil Saakaşvili Gürcüstandan öz maraqları üçün istifadə edib, istifadə edir və istifadə edəcək” – deyə Maka Bochorişvili açıqlayıb.
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bugünkü məhkəmə iclasında deyib ki, bu gün ölkə səfərbər olunmalıdır, çünki təhlükə altındadır. Saakaşvili bildirib ki, diversiya qrupu Gürcüstana daxil olub, bu səbəbdən o, “mülki müdafiə” üçün qaynar xətt yaratmaq istəyir.