Maka Bochorişvili, Nikoloz Samxaradze və Givi Mikanadze 2023-cü ildə Polşada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
“Gürcü arzusu”nun deputatları Maka Bochorişvili, Nikoloz Samxaradze və Givi Mikanadze oktyabrın 15-də Polşada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər.
Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Bochorişvili və Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının beynəlxalq təşkilatdan nümayəndələri kimi Krakovda keçiriləcək seçkiləri müşahidə edəcəklər.
Bu arada Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəsinin sədri Qivi Mikanadze Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi qismində Varşava şəhərində seçkilərdə müşahidəçi olacaq.
Müəllif -
Mehemmed Bayramaliyev