Maka Bochorişvili Niderlandın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Maka Bochorişvili Niderlandın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

 

Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili Niderland Krallığının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Tərəflər Gürcüstan üçün Avropa perspektivinin qəbul edilməsinin vacibliyini, assosiasiyanın gündəliyini və ölkənin namizəd statusunun alınması istiqamətində atdığı addımları müzakirə ediblər. Görüş zamanı Gürcüstan parlamentində Avropa Komissiyasının 12 tövsiyəsinin həyata keçirilməsində əldə edilmiş nəzərəçarpacaq irəliləyiş qeyd olunub.

Gürcüstanın prioritetlərinin həyata keçirilməsi prosesində Niderland Krallığının dəstəyinin xüsusi əhəmiyyəti vurğulanıb.

Tərəflər Gürcüstan və Niderland Krallığı arasında çoxillik, sıx, dostluq və tərəfdaşlıq münasibətlərini, eləcə də əməkdaşlığın dərinləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.

Rusiyanın Ukraynaya hərbi təcavüzünün regionda təhlükəsizlik vəziyyətinə və Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyətə təsirinə toxunulub.

Niderland Krallığının nümayəndələri Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində atılan addımları alqışlayaraq, bir daha Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dəstəklədiklərini bildiriblər və iki ölkə arasında tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını qeyd ediblər.

Nümayəndə heyətinə Niderland Krallığının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Yaap Frederiks, Avropa Qonşuluq və Genişlənmə Siyasətinin koordinatoru İvete Sepes, nazirliyin Aİ və Avropa departamentlərinin nümayəndələri daxildir.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.