Maka Bochorişvili - işğala və beynəlxalq hüquq normalarının pozulmasına açıq şəkildə "yox" deməliyik, ölkələrin beynəlxalq nizama qayıtması üçün hər şeyi etməliyik
Biz açıq şəkildə işğala və beynəlxalq hüquq normalarının pozulmasına “yox” deməliyik, ölkələrin beynəlxalq nizama qayıtması üçün hər şeyi etməliyik”, – Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili İrəvanda ATƏT Parlament Assambleyası iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, regionumuz üçün sülh və təhlükəsizliyin xüsusi əhəmiyyəti var.
“Bu gün Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yaradılmış qurumun Parlament Assambleyasının üzvləri olaraq İrəvana toplaşdıq. Sülh və təhlükəsizlik regionumuz üçün xüsusi əhəmiyyət kəsb edir. Ümid etdiyimi bildirmək istərdim ki, Ermənistan və Azərbaycan Cənubi Qafqazda davamlı sülhü təmin etmək üçün bir yol tapacaqlar.
İki həftə əvvəl Sxinvali bölgəsində Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin açdığı atəş nəticəsində Gürcüstan vətəndaşı həlak olub. Bu, işğalın nə olduğunun daha bir xatırladıcısıdır. Gürcüstan illərdir Rusiyanın təcavüzü, işğalı və müharibənin acı nəticələrini yaşayır. Ərazilərimizdə hələ də rus əsgərləri var, onların mövcudluğu nə ədalətli, nə də haqlıdır; Yüz minlərlə insan hələ də öz yurd-yuvasından məcburi köçkün olunur və hüquqları pozulur; İşğalçı qüvvələr tərəfindən Gürcüstan vətəndaşlarının qanunsuz həbsləri, oğurlanması və qətlə yetirilməsi halları var. Onu da xatırlamaq lazımdır ki, Ukraynada gördüklərimiz Rusiyanın 30 ildir Gürcüstanda tətbiq etdiyi fəaliyyətlərin davamıdır və Rusiyanın ambisiyaları ümumi təhlükəsizliyimizi təhdid edir. Ona görə də biz açıq şəkildə işğala və beynəlxalq hüquq normalarının pozulmasına “yox” deməliyik, ölkələri beynəlxalq nizama qaytarmaq üçün hər şeyi etməliyik”, – deyə Maka Bochorişvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev